Azərbaycan Ağsaqqallar Şurasının sədri və üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər-FOTOLAR

14 İyun 2017 11:36 (UTC+04:00)

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili  Fəttah Heydərov və şuranın üzvləri 15 iyun – Qurtuluş günü münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Ulu öndərin məzarı qarşısına Azərbaycan Ağsaqqallar Şurası adından əklil qoyulub, gül dəstələri düzülüb. Movqe.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında Fəttah Heydərov Qurtuluş gününün  Azərbaycan tarixinə və xalqın yaddaşına yazılan, müstəqilliyimiz üçün ən həlledici, müqəddəs gün olduğunu söyləyib: “Bu gün Ulu öndər xalqımızın tələbi və təkidi ilə Azərbayacan qayıtmasaydı, o dövrdəki çaşqınlıq, parçalanma, insanlar arasında təfriqələr ölkəni məhv olmaq təhlükəsinə gətirib çıxardacaqdı. Heydər Əliyevin Azərbaycan xalqına, torpağına olan məhəbbətinin nəticəsi olaraq, o heç bir çətinlikdən, təhlükədən qorxmayaraq Bakıya gəldi. Elə həmin gündən də Azərbaycanın müstəqilliyinin məhv olması yox olması təhlükəsi aradan götürüldü. Xalqı, Azərbaycan dövlətini bu mərhumiyyətlərdən qurtardı. Bundan sonra Azərbaycanın inkişaf günləri başladı. Elə həmin gündən də, Heydər Əliyev  Azərbaycanı fəlakətlərdən qurtararaq öz t utduğu, yaratdığı yolla uğurlara apardı. Həyatının 10 ilini bu yolda  sərf etdi. Müstəqil Azərbaycanın nəyə ehtiyacı vardısa qurdu, yaratdı. Ölkədə dövlət strukturları formalaşdı və Azərbaycan dünyada tanındı”.
F. Heydərov bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu kursu prezident İlham Əliyev uğurla davam etdirir: “Nə yaxşı ki, Ulu öndər xalqımızı fəlakətdən qurtardı. Nə yaxşı ki, dahi şəxsiyyət öz yolunu davam etdirməyi İlham Əliyevə həvalə etdi. Elə olmasaydı bəlkə də, tutulan yol fəlakətlərlə davam edə bilərdi. Bu gün İlham Əliyev Azərbaycanı dünyada tanıdır. Bütün dünyada böhran, qarışıqlıq olsa da, Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür. İlham Əliyev Azərbaycanı sülhün əminamanlığın istinad nöqtəsi kimi tanınır. Ona görə də, xalqımız bu gün həmişə yad edəcək, Ulu öndərin ruhuna rəhmət oxuyacaq”.

Zülfiyyə QULUYEVA