Keçmiş arvadına görə sevgilisindən ayrıldı

14 İyun 2017 14:22 (UTC+04:00)

Aktyor Sarp Levendoğlu ilə 9 aydır sevgili olduğu aktrisa Dərya Şensoyun ayrılma səbəbi bilinib. 

Movqe.az milli.az-a istinadən bildirir ki, Dərya aktyordan qolundakı "Bircə" döyməsini silməsini istəyib. Lakin 2 il yarım aktrisa Birce Akalayla ailəli olan Sarp sevgilisinin bu istəyini yerinə yetirməkdən imtina edib. Bu səbəbdən mübahisə edən cütlük dalaşaraq ayrılıb. Dərya Sarpdan ayrıldıqdan sonra Bodrumdakı rəfiqələrinin yanına gedib. 

Xatırladaq ki, S.Levendoğlu keçmiş həyat yoldaşı Birce Akalayın Can Tunalı ilə mesajlaşdığını öyrəndikdən sonra boşanmaq qərarına gəlmiş və o da Dərya Şensoyla yeni münasibətə başlamışdı