Fidan Hacıyeva “Yeni Səs”ləri ilə birgə konsert verdi

14 İyun 2017 14:35 (UTC+04:00)

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti Fidan Hacıyeva yenə də tələbələrini başına toplayıb onlarla birlikdə konsert verdi. Bundan öncə Mayın 28-də Zirə Mədəniyyət Mərkəzində, 28 may Respublika Günü münasibəti ilə konsert verən Fidan Hacıyeva, bu dəfə öz adını daşıyan Musiqi Mərkəzinin 1 yaşının tamam olması münasibəti konsert verdi. Rəşid Behbudov adına Dövlət Mahnı teatrında baş tutan konsertdə Fidan Hacıyeva və onun tələbələri,  Azərbaycan və xarici klassik musiqilərlə tamaşaçıların zövqünü oxşayıblar.