Məzunlar yol qəzasına düşdü: Yaralılar var

14 İyun 2017 16:57 (UTC+04:00)

Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb.

Hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb. Şahidlərin sözlərinə görə, qəza zamanı minik maşınında sürücü və sərnişinlər - XI sinif şagirdləri olublar. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Ucar rayonunda yol qəzasında xəsarət alan məzunların adları məlum olub. 

Movqe.az report-a istinadən xəbər verir ki, Göyçay rayon sakini, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov kirayə götürdüyü "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan "Mercedes" markalı avtomobilə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri,  2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu Əhmədov xəsarət alıblar.