Çin ayda kartof yetişdirəcək

14 İyun 2017 17:12 (UTC+04:00)

"China Daily" qəzetinin məlumatına görə, Çongçing Universiteti inkişaf etdirdiyi "Mini Ekosistem" olaraq adlandırılan layihə vasitəsi ilə Ayda canlı həyat test ediləcək. İçində 16 santimetr uzunluğunda 18 əsəs silindrik şəklində banka yerləşdirilən "Mini Ekosistem'də kartof, böcək sürfələri və ipək böcəyi olacaq.  "Çang-4" adlı kosmik gəmi vasitəsi ilə aya göndərildikdən sonra məqsəd kartof və böcəklərin ay mühitində həyatda qalma qabiliyyətinin test edilməsidir. 
Çinin Ayın Kəşfi Proqramı çərçivəsində hazırlanan 257 layihə arasından seçilən "Mini Ekosistem", layihəsi müvəffəqiyyətli olsa, gələcəkdə Marsda qurulması planlanan insan koloniyalarının həyatı üçün ön hazırlıq olaraq istifadə ediləcək. Çin Dövlət Şurasının İnformasiya İdarəsinin yayımladığı "Çinin 2016-ci ildəki Kosmos Tədqiqatları" adlı kitaba görə, "Çang-4" insansız kosmik gəmi gələn il ayın qaranlıq tərəfinə göndəriləcək. Kitaba görə, 2020-ci ilə qədər Mars və Yupiterin kəşfi ilə dünyadan xarici həyat mövzularında araşdırmalar etməyə başlanacaq. Bu hədəf istiqamətində Marsdan araşdırma məqsədi ilə parçalar toplanacaq. 
Mübariz BAYRAMOV