“Samsung Galaxy S8”in yeni versiyası bu ay bazara çıxarılacaq

15 İyun 2017 11:30 (UTC+04:00)

Movqe.az  “vladtime.ru” saytına istinadən xəbər verir ki, cihaz bu ay bazara çıxarılacaq. 

Məlumatda deyilir ki, “Galaxy S8” smartfonu 1,9 GHs tezliyi ilə “Snapdragon 835” prosessorunun bazasında olacaq. Əməliyyat yaddaşının həcmi 4 GB olacağı bildirilərkən, “Android 7.0 Nougat” əməliyyat sistemində işləyəcəyi də qeyd olunub. 

Yeni smartfon səthi ekrana malik olacaq.  “Galaxy S8” smartfonu zərbələrə dözümlü və  güclü korpusa malik olacaq.   

Ehtimal olunur ki , “Galaxy S8 Active” analoji olaraq ötən il olduğu kimi, AT&T mobil rabitə operatorunun eksklüziv modeli olacaq.