Londonda yaşayış binasındakı yanğında ölənlərin sayı 17-ə çatıb

15 İyun 2017 17:19 (UTC+04:00)

Londonda yaşayış binasındakı yanğında ölənlərin sayı 17-ə çatıb.

Londonda 24 mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Movqe.az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, yanğın nəticəsində 79 nəfər xəsarət alıb. Xəsarət alanların 18-nin vəziyyəti çox ağır qiymətləndirilir.