Göyçayda yanğın olub

15 İyun 2017 19:40 (UTC+04:00)

Göyçay rayonu, Ləkçılpaq kəndində yanğın qeydə alınıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Göyçay rayonu, Ləkçılpaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan tövlənin çardağının yanar konstruksiyaları və 1 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.