Azərbaycan nefti yenidən bahalaşıb

16 İyun 2017 10:10 (UTC+04:00)

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,17 dollar və yaxud 0,36% artıb.

"Movqe" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 47,23 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.