Yohannes Hanın Azərbaycana səfəri başlayıb

16 İyun 2017 10:40 (UTC+04:00)

Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Hanın Azərbaycana səfəri başlayıb. Bu barədə APA-ya Aİ-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib. Səfər çərçivəsində qonaq Bakıda rəsmi şəxslərlə görüşlər keçirəcək.