Ermənistanın təxribatı nəticəsində Azərbaycanın hərbi qulluqçusu şəhid olub

16 İyun 2017 11:10 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

Bu barədə movqe.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Allah rəhmət eləsin!