Qaimələri elektron qaydada təqdim edən vergi ödəyicilərinin sayı açıqlanıb

16 İyun 2017 12:30 (UTC+04:00)

Qaimələri elektron qaydada təqdim edən vergi ödəyicilərinin sayı açıqlanıb. Movqe.az-ın məlumatına görə, vergilər nazirinin müavini İlkin Vəliyev deyib ki, artıq 10 mindən yuxarı ƏDV ödəyicisi bu fakturaları elektron qaydada təqdim edir: “Bu ay ərzində 50 mindən yuxarı əməliyyat sayı deməkdir”.  

Xatırladaq ki, bu ilin aprelin 1-dən etibarən ƏDV ödəyiciləri və dövriyyələri 200 min manatdan yüksək olan vergi ödəyiciləri tərəfindən qaimələrin elektron qaydada təqdim edilməsinə başlanıb.