Vergidən azadolmalar və vergi güzəştləri mütəmadi monitorinq olunur

16 İyun 2017 14:10 (UTC+04:00)

Azəraycanda tətbiq edilən vergilər azadolmalar və vergi güzəştləri mütəmadi monitorinq olunur, təhlillər aparılaraq onların səmərəliliyi yoxlanılır.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktoru Samirə Musayeva bildirib.
“Bu azadolma və güzəştlər nəticəsində aktivliyin, dövriyyənin nə dərəcədə artması yoxlanılır. Bu addımlar beynəlxalq təcrübəyə əsasən deyil, yerli iqtisadi islahatlar fonunda atılır. Onu deyə bilərəm ki, sosial xarakterli azadolma və güzəştlər həmişə olacaq. Həmçinin, Azərbaycan iqtisadiyatında prioritet elan edilmiş sahələr üzrə də vergidən azadolmalar və vergi güzəştləri tətbiq olunur”, - deyə Nazirlik rəsmisi qeyd edib.