Avropa İttifaqı Yunanıstana 8,5 mlrd. avro kredit ayırıb

16 İyun 2017 15:30 (UTC+04:00)

Avrozona ölkələrində böhrana dəstək vermək üçün yaradılan Avropa Sabitlik Mexanizmi (ESM) iyul ayının əvvəlində Yunanıstana yeni kredit subtranşı ayırıb. 

"Movqe" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ESM-in rəhbəri Klaus Reqlinq (Claus Regling) məlumat verib.
Yeni kredit tranşının 8,5 mlrd. avro (9,5 mlrd. ABŞ dolları) təşkil edəcəyi və hissə-hissə veriləcəyi bildirilib. Qərar dünən, iyunun 15-də Avrozona ölkələrinin Maliyyə Nazirləri Şurasında qəbul edilib.
Qeyd edək ki, Yunanıstana III maliyyə yardımı proqramı çərçivəsində ESM 2015-ci ilin avqustundan indiyədək 31,7 mlrd. avro (35,3 mlrd. dollar) vəsait verib. Kreditlərin ümumi həcminin 86 mlrd. avro (96 mlrd. dollar) təşkil edəcəyi vurğulanır.
Bu qərar avronun məzənnəsinin bir qədər - 1,1155 dollara kimi yüksəlməsinə səbəb olub.