Azərbaycan əhalisinin sayı açıqlanıb

16 İyun 2017 22:30 (UTC+04:00)

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 26714 nəfər və ya 0,3 faiz artaraq may ayının 1-də 9 milyon 836 min 695 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub.
Məlumata görə, hazırda hər 1000 kişiyə 1006 qadın düşür.