"Twitter" Əl-Cəzirənin əsas hesabını bağlayıb

17 İyun 2017 16:30 (UTC+04:00)

Qətərə daha bir zərbə "Twitter" şəbəkəsindən gəlib.

Movqe.az-ın məlumatına görə, "Twitter" Qətərin "Əl-Cəzirə" telekanalının ərəbcə olan rəsmi hesabını bağlayıb.

"Twitter"-dən bununla bağlı hələki rəsmi açıqlama gəlməyib.

Telekanalın baş direktoru Yaser Əbu Hilal isə qeyd edib ki, əsas hesab bağlansa da, əlavə səhifə işləyir: "Müdaxilə davam edəcək, çünki həqiqət onları qorxudur".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Vəlid bin Təlal "Twitter"ə qoyduğu 300 milyon dollar yatırım ilə şirkətin ən böyük ikinci hissədarıdır.

Trend