Qırmancdan qorxub başını örtdü - foto

17 İyun 2017 21:21 (UTC+04:00)

Almaniyalı aktrisa Məryəm Uzerli öz adını daşıyan kosmetika markası üçün Səudiyyə Ərəbistanına gedib. 
Movqe.az axşam.az-a  istinadən xəbər verir ki, aktrisa Səudiyyə qanunlarına əməl edərək başını örtüb. Məryəm sosial şəbəkədə paylaşdığı fotosu ilə müzakirələrə səbəb olub.
 
Baş örtüsü və uzun qaftanla ağ-qara fotosunu İnstaqram hesabında yerləşdirən Uzerlinin başını qırmanc cəzasından canını qurtarmaq üçün bağladığı iddia edilib. Bundan əvvəlki ziyarətində başını örtməyən aktrisanın qırmancla döyülmək təhlükəsindən güclə xilas olduğu deyilirdi.