Fransada parlamentin seçkilərinin 2-ci turu keçirilir

18 İyun 2017 13:00 (UTC+04:00)

İyunun 18-i Fransa Milli Məclisinə (parlamentin aşağı palatasına) seçkilərdə səsvermənin 2-ci turu başlayıb.

Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səsvermə Fransanın Avropa və bir sıra xarici ərazilərində keçirilir.

Seçki məntəqələri yerli vaxtla saat 8.00-da açılıb. Onların əksəriyyəti 18.00-də bağlanacaq, lakin böyük şəhərlərdə 20.00-dək səs vermək mümkün olacaq.