Otla dolu traktor qoşqusu yanıb

19 İyun 2017 09:27 (UTC+04:00)

Balakən rayonu, Tülü kəndində vətəndaşa məxsus "T-80" markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, traktor və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.