İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurdu

19 İyun 2017 11:21 (UTC+04:00)

İstanbuldan Tbilisiyə uçan “Atlas global” aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.

Movqe.az  azvision.az-a  istinadən xəbər verir ki, havaya qalxdıqdan bir neçə dəqiqə sonra təyyarəni ildırım vurub. Ekipaj Atatürk hava limanına geri dönmək barədə qərar qəbul edib.

Tbilisi istiqamətində reys bir neçə saatdan sonra həyata keçirilib.