Bu marşrutlar gecə 2-yədək işləyəcək

19 İyun 2017 12:08 (UTC+04:00)

Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar olaraq 23-25 iyun tarixlərində 3 marşrut xətti üzrə avtobuslar 20 saatlıq iş rejimində işləyəcək.

Bakı Nəqliyyat Agentliyindən Movqe.az-a daxil olan məlumata görə, "Bakı Şəhər Halqası" Əməliyyat şirkətinin müraciətinə əsasən yarış günlərində tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək  sərnişinlərə xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.

Zülfiyyə QULUYEVA