Bakıda iki qız itkin düşdü

19 İyun 2017 16:14 (UTC+04:00)

Bakıda 2 qız itkin düşüb.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Səlimə Almazovanın (adlar şərtidir) valideynləri polisə müraciət edərək onun itkin düşməsi barədə məlumat veriblər. Bundan başqa, Xətai rayonu Əbilov küçəsində yaşayan 1997-ci il təvəllüdlü İlhamə Məmmədlinin də itkin düşməsi ilə bağlı polisə müraciət edilib.

Hər iki qızın xarakterik əlamətləri və fotoları polisə təqdim edilib. Axtarış tədbirləri həyata keçirilir.