Aygün Səmədzadə: “Bəstələrimə görə, Flora Kərimova, Aygün Kazımova, Nazpəri Dostaliyevaya qadağa…”

20 İyun 2017 12:27 (UTC+04:00)

Əməkdar incəsənət xadimi Aygün Səmədzadə bəstələrinin əksər müğənnilərinin oxumağını istəmədiyini deyib.

Movqe.az xəbər verir ki, bu sözləri Lider Tv-də yayımlanan “100-dən 1-i” verilişində aparıcı Nail Naiboğlunun “bəzi ifaçılar var ki, məsələn Aygün Kazımova, Nüşabə Ələsgərli, Nazpəri Dostaliyeva kimi ifaçılara bəstələrinizi oxumaq üçün qadağa qoyulduğu deyilir” sualına cavab verərkən deyib:

“ Mən bəstələrimə görə, heç kimə qadağa qoymamışam. Amma müəyyən bildirişlərim olub. Düzdür, elə bəstələrim olub ki, onları adlarını çəkdiyiniz müğənnilərin ifasında eşitmək istəməmişəm. Ola bilər ki, həmin ifaçılar özləri bunu yalnış anlayıblar. Bəstələrimə görə, Flora Kərimova, Aygün Kazımova, Nazpəri Dostaliyevaya qadağa qoymamışam. Hətta mənim ən gözəl bəstələrimdən olan “məktəb illəri”ni oxuyan Lalə Məmmədovayla da aramda bəzi problemlər yaranmışdı. İndi normal münasibətlərimiz var”.

 A24.az