Yenicə nişanlanan Natavan əsəbiləşdi: "Şəxsi həyatıma toxunanları..."

20 İyun 2017 14:27 (UTC+04:00)

"Heç yadıma gəlmir ki, kimisə yığıb deyim, sənin şəxsi həyatınla bağlı mənim də bir fikrim var".

Movqe.az  xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi deyib. Belə ki, ifaçı bir neçə gün bundan əvvəl repçi Dado Əliyevlə (Səid) nişanlanma xəbəri ilə gündəmə gəlib. N.Həbibi onu qınayanlara belə cavab verib:

"Görəsən, insanlar niyə düşünürlər ki, onların dedikləri mənə maraqlıdır? Bilmirsiniz? Günün sualı budur. Xoşuma gəlməyən cavabı blok edəcəm. Bu gün ürəyim belə istəyir".

Qeyd edək ki, ötən gün müğənni Xuraman Şuşalı yeni nişanlanmış cütlüyü iftar süfrəsinə qonaq edib.

big.az