DİQQƏT! Şengen vizası dəyişir

20 İyun 2017 15:45 (UTC+04:00)

Avropa İttifaqı Şengen vizasının dizaynının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

Movqe.az-ın məlumatına görə, bu addım saxta vizaların hazırlanmasının qarşısını almaq üçün atılır.

Məlumatda qeyd olunur ki, 20 illik dövr ərzində saxta Şengen vizaları ilə əlaqədar bir neçə insident yaşanıb.

Yeni qərarın iyul ayında imzalanacağı gözlənilir.