Bakının bu yerlərində su olmayacaq

20 İyun 2017 17:15 (UTC+04:00)

Sabah Bakının bəzi yerlərində su məhdudiyyətlə veriləcək.

"Azərsu" ASC-dən movqe.az-a verilən məlumata görə, Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədar sabah saat 09:00-dan 15:00-dək Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.