"Maşının pulunu ikimiz yarı-yarıya..." - İslam GİZLİNLƏRİN ÜSTÜNÜ AÇDI

20 İyun 2017 18:09 (UTC+04:00)

"Mən qalib olanda dedilər ki, guya Elcanla danışmışam, maşının pulunu ikimiz yarı-yarıya böləcəyik..."

 Movqe.az xəbər verir ki, bu sözləri "Maşın şou"nun qalibi, aktyor İslam Mehrəliyev kaspi.az-a müsahibəsi zamanı söyləyib.

Aktyor bildirib ki, onun haqqında gəzən bu tip xəbərlər əsassızdır. Müsahibədən kiçik hissəni təqdim edirik:

- Şou başlayarkən çox sakit və səssiz idiniz. Bu, qalmaqallardan uzaq qalmaq üçün sizin tərəfinizdən düşünülmüş bir taktika idimi?

- Mən real həyatda da söz-söhbətə qarışan biri deyiləm. Ancaq qəbul edirəm ki, səbirsiz bir insanam. Tez özündən çıxan biriyəm. Bir-iki dəfə susdum, sonra dözə bilmədim. Gördüm ki, adımdan çox istifadə edirlər. Onun üçün axırda partladım. 

- Sonda iki nəfər, siz və Elcan Rəsulov finala qaldınız. Elcan necə rəqib idi? 

- Elcan güclü rəqib idi. O, bu mübarizdə fiziki cəhətdən tab gətirə bilmədi. Ancaq insan kimi çox yaxşı biridir. Mən ona bundan sonrakı həyatında da uğurlar arzulayıram. Mən qalib olanda dedilər ki, guya Elcanla danışmışam, maşının pulunu ikimiz yarı-yarıya böləcəyik. Əslində elə bir şey yoxdur. Bölən olsaydıq, bunu əvvəlcədən bölərdik. Orada 41 saat mübarizə aparmazdıq. Özümüzü bu qədər əziyyətə salmazdıq. 

- Şoudan əvvəl Oksana Rəsulova ilə yaxın dostluq münasibətiniz vardı. Sizcə, bu şou Aksana ilə münasibətlərinizə bir xələl gətirdimi?

- Mən elə bir insanam ki, bu gün dalaşdığım biri ilə sabah salamlaşıb görüşə bilirəm. Kinli insan deyiləm. Gerisi artıq onlara qalıb. Heç kimlə düşmən deyiləm. Onlar istəsələr, görüşərik. Heç birindən incik deyiləm, küsməmişəm də. Ümumiyyətlə küsmək kimi bir xasiyyətim yoxdur.