"Gənclik Mall"da həyəcan: insanlar təxliyə olundu - FOTO - YENİLƏNİB

20 İyun 2017 17:18 (UTC+04:00)

Movqe.az bildirir ki, məsələ ilə bağlı azxeber.com-a danışan "Gənclik Mall" ticarət mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Nuranə İskəndərova deyib ki, problem artıq həll olunub: "Gənclik Mall"da 30 dəqiqə işıqlar olmayıb. Məsələ ilə bağlı aidiyyatı qurumlarla danışdıq və problem tamamilə həll olundu. Hazırda heç bir problem yoxdur və ticarət mərkəzi açıqdır".

----------

16:50

Bakının məşhur ticarət mərkəzində həyəcanlı anlar yaşanıb.

Movqe.az milli.az-a istinadən əbər verir ki, Tofiq Bəhramov stadionunun yaxınlığında olan "Gənclik Mall" ticarət mərkəzindən insanlar təxliyə olunublar. 

Orada olan şəxslərdən biri redaksiyamıza fotolar göndərib. Onun sözlərinə görə, bir anda ticarət mərkəzində işıqlar söndü və hər kəsdən oranı tərk etməyi istədilər.