Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib

21 İyun 2017 09:07 (UTC+04:00)

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Movqe.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.