Bakıda 8 yaşlı uşaq kəsilmiş-deşilmiş xəsarətləri alıb

21 İyun 2017 09:22 (UTC+04:00)

Bakıda 8 yaşlı uşaq kəsilmiş-deşilmiş xəsarətləri alıb.

Movqe.az report.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyası yaxınlığında qeydə alınıb.

2009-cu il təvəllüdlü Abdullayev Nəsib Nadir oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, polis əməkdaşlarına ilkin ifadəsində bədəninin şüşə ilə kəsildiyini deyib. Lakin polis onun bıçaq xəsarətləri aldığını müəyyən edib.

Faktla bağlı araşdırmalara başlanılıb.