Səudiyyə Ərəbistanı Qətərin 15 min dəvəsini ölkədən qovdu

21 İyun 2017 12:55 (UTC+04:00)

Səudiyyə Ərəbistanı diplomatik və iqtisadi əlaqələrini kəsdiyi Qətərə aid 15 min dəvəni deportasiya edib.

 Movqe.az xəbər verir ki, Səudiyyə Ərəbistanı  bu qərarı ilə minlərlə qətərli sahibkara ziyan vurub.

Məhdud sayda su və qida ehtiyyatı olan və saatlarla sərhəddə qalan 15 min  dəvə, Qətərə yollanan karvanların dəstəyi ilə təxliyyə olunub.