Gözdə olan itdirsəyi necə müalicə edilir?

21 İyun 2017 13:38 (UTC+04:00)

Xalq arasında itdirsəyi adı ilə tanınan çiban, göz qapaqlarında iltihablı yağ düyümləridir.
Bu yağ düyümləri kiçik şişlər əmələ gətirərək iltihablandığı üçün göz qapağından göz səthinə təzyiq edərək ciddi ağrılara səbəb olurlar.
Deyerler.org bildirir ki, itdirsəyi sadə bir narahatlıq deyil. Bu narahatlığın aradan qaldırılması üçün mütləq həkiminizə müraciət etməlisiniz.
İtdirsəyinə qarşı bir çox şəfalı bitkilər vardır. İlıq gülab, adi çay və çobanyastığı çayı gözə yaxşı təsir edir.
İtdirsəyi bəzi hallarda açıqda göz qapağının üzərində və ya kirpiklərin dərhal dibində ola bilir. Bu halda kənardan itdirsəyinə sürtüləcək közlənmiş soğan çox faydalı olur.
Sarımsaq çibana qarşı yaxşı təsir göstərsə də, gözə sürtüldüyü zaman diqqətli olmaq lazımdır.
İtdirsəyinin ən önəmli səbəbləri həddindən artıq stress, tozlu hava şəraiti, göz kanallarının bağlanması və başqalarının dəsmalından istifadə etməkdir. Bu səbəbdən də, itdirsəyinin qarşısını almaq üçün bu problemlərdən uzaq durun.


Saglamolun.Az