Ötən il 70 milyon manatdan çox pul uçotdan gizlədilib

21 İyun 2017 14:35 (UTC+04:00)

2017-ci ildə 70 milyon manatdan çox pul vəsaitinin uçotdan gizlədilməsi müəyyən edilib.

Movqe.az-ın məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə "Vergilər" qəzetində dərc olunan məqaləsində deyib.

Bildirilir ki, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında alınmasına nəzarət məqsədilə 2017-ci ilin yanvar-may ayları ərzində vergi nəzarəti tədbiri keçirilmiş 1042 obyektdən 942-də pozuntu faktları aşkar edilib.

Qeyd olunur ki, 32 milyon 936,1 min manat həcmində uçotdan gizlədilmiş pul vəsaiti, 41 milyon 99 min manat məbləğində uçotdan gizlədilmiş mallar aşkar edilərək həmin vergi ödəyicilərinə ümumilikdə, 5 milyon 454,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.