Zakir Nuriyev: "Mövsümi amillər manata sistemli təsir etmir"

21 İyun 2017 14:14 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
 
"Manatın məzənnəsinin hər hansı fiksə olunmuş səviyyədə dayanmasını gözləmək lazım deyil. İqtisadiyyatda gedən proseslərə əsasən məzənnə formalaşacaq. Sərbəst üzən məzənnə rejiminə uyğun olaraq məzənnənin enişi də olacaq, yüksəlişi də. Başqa sözlə, volatilliyin olması normaldır", - deyə Z.Nuriyev qeyd edib.