Masallı sakini sükan arxasında ölüb

21 İyun 2017 15:12 (UTC+04:00)

Masallı rayon sakini avtomobil idarə edərkən qəflətən vəfat edib.
 
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Masallı-Ərkivan yolunda qeydə alınıb. Ərkivan qəsəbə sakini, 1952-ci il təvəllüdlü Kamal Nurullayev şəxsi avtomaşınını idarə edərkən ürəyində kəskin ağrılar yaranıb.
 
Yaxınlıqdakı şəxslər təcili tibbi yardıma zəng vursalar da, onlar gələnə qədər K. Nurullayev dünyasını dəyişib.