Axşam saatlarından etibarən bu küçədə hərəkət məhdudlaşdırılır

21 İyun 2017 15:57 (UTC+04:00)

Bu gün axşam saat 22:00-dan etibarən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən Movqe.az-a  verilən məlumata görə, adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.