Azərbaycanda bayram namazının vaxtı açıqlandı

21 İyun 2017 16:11 (UTC+04:00)

Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb.

Movqe.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya bildirilib ki, bayram namazı iyunun 26-da səhər saat 08:00-da Göy məsciddə, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.
 
QMİ sədri şeyxülislam hacı Allahşükür Paşazadənin hər iki məsciddə bayram namazlarına qatılacağı gözlənilir.