37 yaşlı kişini ilan sancdı

22 İyun 2017 11:11 (UTC+04:00)

Şəkidə 37 yaşlı kişini ilan sancıb. Movqe.az xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, iyunun 21-i saat 23.00 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1980-ci il təvəllüdlü Elmar Mahir oğlu Ağabalayev ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, E.Ağabalayev ailəsinə məxsus əkin sahəsində iş görən zaman ilan qəfildən onun sol ayağının baş barmağından sancıb.
 
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Elmar Ağabalayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.