Rusiya aviaşirkəti Azərbaycana uçuşlara başladı

22 İyun 2017 11:39 (UTC+04:00)

Rusiyanın "İrAero" aviaşirkəti Krasnoyarskdan Bakıya ilk beynəlxalq reysi həyata keçirib.

Movqe.az xəbər verir ki, bu barədə  Trendə Yemelyanova beynəlxalq aeroportuna istinadən məlumat verir.

Krasnoyarsk-Bakı marşrutu üzrə ilk reys iyunun 21-də icra olunub. Təyyarədə yerlər tam dolub.

Bundan sonra uçuşlar ilin sonunadək yay cədvəli üzrə həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.