Özünü ağacdan asdı

22 İyun 2017 12:10 (UTC+04:00)

Lənkəranda intihar hadisəsi baş verib. Movqe.az xəbər verir ki, Nərimanabad kənd sakini, 1953-cü il təvəllüdlü Əliyev Maqsud Həsən oğlu özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.
 
64 yaşlı kişinin hansı səbəbdən həyatına son qoyması məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.