2 yaşlı uşaq faciəvi şəkildə öldü

22 İyun 2017 13:30 (UTC+04:00)

Qəbələ rayonunda körpə bədbəxt hadisə nəticəsində ölüb. Movqe.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, iyunun 21-də Qəbələ rayonunun Hacıalı kəndində 2 yaşlı Rauf evlərinin həyətindəki su quyusuna düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.