Bakıda ofisə silahlı basqın olub

22 İyun 2017 13:46 (UTC+04:00)

Bakının Xətai rayonunda yerləşən “Ailə TV” kabel televiziyasının ofisinə silahlı basqın olub. 

Movqe.az Report.az-a istinadən xəbər verir ki, naməlum şəxslər ofisin gözətçisini döyərək, ona xəsarətlər yetirib, daha sonra içərisində 3500 manat olan seyfi aparıblar.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.