Ermənistana növbəti xəbərdarlıq: "Cavabımız sarsıdıcı olacaq"

22 İyun 2017 13:58 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.

Müdafiə Nazirliyi bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaqdır.