Prezident ASAN-nın iki əməkdaşını təltif etdi

22 İyun 2017 15:10 (UTC+04:00)

ASAN-nın iki əməkdaşı ölkə başçısı İlham Əliyev tərəfindən dövlət qulluğunda fərqləndikləri üçün təltif ediliblər. Movqe.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov facebook sosial şəbəkəsindəki hesabında məlumat yayıb. O, qeyd edib ki, Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilənlər arasında Azərbaycan Respublikasının Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin iki əməkdaşının da adı var.  Belə ki, Azərbaycan Respublikasının Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları  İsmayılov Ramiz Əziz oğlu və Ələkbərov Hikmət Həsən oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. Təltif olunanlar,  Ramiz İsmayılov Agentlikdə Maliyyə və Təminat şöbəsinin müdiri, Hikmət Ələkbərov isə Agentliyin  İnformasiya texnologiyaları şöbəsinin müdiridir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaranan vaxtdan nümunəvi fəaliyyəti ilə seçilir, "ASAN Xidmət" Mərkəzləri öz rahatlığı ilə vətəndaşlarda məmnunluq hissi yaradıb.

Zülfiyyə QULUYEVA