Flora Kərimova əməliyyat olundu

23 İyun 2017 10:47 (UTC+04:00)

Xalq artisti Flora Kərimova əməliyyat olunub.

Movqe.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Paşa Qəlbinur məlumat verib. O bildirib ki, Flora Kərimova iyunun 21-də sağ gözündən əməliyyat olunub.

Paşa Qəlbinur qeyd edib ki, xalq artisti səhhəti ilə bağlı hər hansı narahatlığı yoxdur.