Conni Depp Trampı öldürməklə hədələyib

23 İyun 2017 11:46 (UTC+04:00)

Məşhur amerikalı aktyor Conni Depp ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinin ölümü ilə nəticələnə biləcəyini deyib.

Movqe.az-ın məlmatına görə, Böyük Britaniyada Qlastonberi rok-festivalında çıxış edən aktyor ABŞ-ın keçmiş prezidenti Avraam Linkolnun da bir aktyor tərəfindən öldürüldüyünü qeyd edib.

C.Depp deyib: “Axırıncı dəfə bir aktyor nə vaxt prezident öldürüb? Məncə artıq bunun vaxtıdır”.

Qeyd edək ki, ötən il aktyor Robert de Niro da D.Trampın sifətinə yumruq vurmaq istəyini səsləndirmişdi.

Trend