Millimizin futbolçusu İzmir klubu ilə danışıqlar aparır

23 İyun 2017 12:10 (UTC+04:00)

Millimizin üzvü Dəniz Yılmazın klubu “Bursaspor”dakı taleyinə aydınlıq gəlib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, 29 yaşlı hücumçu klubdan göndəriləcək. Türkiyə mətbuatının yaydığı xəbərə görə, "yaşıl timsahlar"ın yeni baş məşqçisi Pol Le Quen komandadan göndəriləcək futbolçularla bağlı qərar verib. O, 4 futbolçunun komandadan uzaqlaşdırılmasını rəhbərlikdən tələb edib. Həmin siyahıda intizamsız hərəkətlərinə görə əsas komandadan uzaqlaşdırılan Dəniz Yılmazın da adı var. 

Yılmaz Super Liqanın yeni klubu "Göztepe" ilə danışıqlara başlayıb. Millimizin futbolçusunun yaxın günlərdə İzmir təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir. Dəniz Yılmazın “Bursaspor”la müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.