Sumqayıtda müəmmalı olay: qadın körpəsi ilə yoxa çıxdı

23 İyun 2017 12:47 (UTC+04:00)

Sumqayıtda qadın bir yaşlı körpəsi ilə birlikdə itkin düşüb.

Movqe.az report-a istinadən xəbər verir ki, Abşeron rayonu Saray qəsəbəsində yaşayan 45 yaşlı Mehman Ağayev polisə müraciət edərək bildirib ki, iyunun 22-də Sumqayıtda yaşayan bacısı 40 yaşlı Şəlalə Kərimova qızı 1 yaşlı Firəngiz Kərimova ilə birlikdə yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

Polis faktla bağlı araşdırma aparır.