Generalın təqaüdə çıxma qərarını qəbul etdi

20 Fevral 2013 14:46 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama, NATO Avropa Müttəfiq Qüvvələr Komandirliyinə namizəd göstərdiyi General Con Allenin, bu vəzifəyə təyin olmaq əvəzinə təqaüdə çıxmaq istəyini qəbul etdiyini açıqlayıb. Obama, verdiyi yazılı şərhdə, "Bu gün General Allen ilə görüşdüm onun ailəsindəki sağlamlıq məsələləriylə maraqlana bilmək üçün ordudan təqaüdə çıxma tələbini qəbul etdim" ifadəsini işlədib. Prezident Obama, Əfqanıstandakı ABŞ NATO birliklərinin komandiri vəzifəsindən yeni ayrılan Allenə, ABŞ Dəniz Piyada Təşkilatında illərdir verdiyi xidmətlərlə yanaşı Əfqanıstanda son 19 aydır yerinə gətirdiyi xidmətlərindən ötəri dərin fərdi tərifnaməsini təqdim etdiyini bildirib.