Formula 1 Azərbaycan Qran-prisində ilk qəza

23 İyun 2017 14:37 (UTC+04:00)

Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü start götürüb. 

Movqe.az-ın  goal.az-a istinadən məlumatına görə, pilotlar saat 13:00-da trekə çıxıblar. 8-ci dar dönmədə Serxio Peresin bolidi divara dəyərək qəzaya düşüb. Tras təmizləndikdən sonra sessiya davam edib.

İkinci sərbəst yürüş saat 17:00-da, sonuncusu isə iyun 24-də, sıralama turundan 3 saat əvvəl – 14:00-da olacaq.